Azərbaycanda pandemiya başlayandan sutka ərzində koronavirusa ən çox yoluxma faktı qeydə alınıb 

ayın 27-də Azərbaycanda 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycanda pandemiya başlayandan sutka ərzində koronavirusa ən çox yoluxma faktı qeydə alınıb 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280.663 test aparılıb.

Beləliklə, bu gün Azərbaycanda pandemiya başlayandan bəri  sutka ərzində koronavirusa ən çox yoluxma qeydə alınlb.

Bundan əvvəl ən şox göstərici – 158  yoluxma faktı mayın 16-da qeydə alınmışdır.

Turan/Giperssilka.ru