Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 39 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 mln. kVt-saat və ya 13,5% azdır.

Giperssilka APA-ya istinadən xəbər verir ki, yanvar-mayda günəş elektrik stansiyalarında 20,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 mln. kVt-saat və ya 11,6% çoxdur.

Hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 94,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu göstərici illik ifadədə 5,9 mln. kVt-saat və ya 6,7% artıb.