Bağdad hava limanı zərbələrə məruz qalıb

Bağdad hava limanı zərbələrə məruz qalıb

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gecə İraqın paytaxtı Bağdad şəhəri beynəlxalq hava limanı ərazisinə raket atılıb.   Bu barədə İraq mətbuatı hərbçilərə istinadən məlumat yayıb.  

Məlumata əsasən, raket Bağdadın qərbində yerləşən yaşayış məntəqələrinin birindən hava limanı istiqamətində atılıb.   Hücum nəticəsində dağıntı və tələfat barədə məlumat verilmir.  

Digər məlumta əsasən, raket zərbəsi zamanı Bağdad hava limanında Ukraynaya məxsus “Antonov” yük təyyarəsi eniş edib.

 
Eastnews.az/Giperssilka.ru