Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda insanların küçəyə çıxması qadağan olunur

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda insanların küçəyə çıxması qadağan olunur

Baş Nazir Əli Əsədovun  “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

 

Maide.Az bildirir ki, bu barədə APA-ya Nazirlər Kabinetindən bildirilib.

 

Onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

 

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

 

1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.

 

Qeyd edilib ki, sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Giperssilka.ru