Bakının əsas küçə və prospektlərində tıxac var: Avtobuslar gecikir

Bakının əsas küçə və prospektlərində tıxac var: Avtobuslar gecikir

Hazırda paytaxt yollarında, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

Giperssilka.ru xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən də bir sıra istiqamətlərdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə var.

Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir. Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxacda qalıb və buna görə də hərəkət qrafikində gecikmə müşahidə olunur.

Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi adlanan istiqamətdə 11, 24, 7A, 7B N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

Bakı-Sumqayıt şosesi mərkəz istiqamətində həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.