Belarus  hökuməti istefaya göndərildi

Belarus  hökuməti istefaya göndərildi
Belarus Prezidenti Aleksandr Lukaşenko

Eastnews.org-un verdiyi xəbərə görə,  Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti istfaya göndərib.   Bu barədə Belarus dövlət televiziyası “Belarus 1” məlumat verib.  

Nazirlər kabinetinin istefaya göndərilməsinə dair fərmanın iyunun 3-də imzalandığı bildirilir.  

Xatırladaq ki, Lukaşenko daha əvvəl keçirdiyi iclasda hökumətin yeni tərkibi ilə bağlı təklifləri müzakirə edib. Bu iclasda Respublika Şurasının (parlamentin yuxarı palatası) sədri Natalya Koçanova, Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) sədri Vladimir Andreiçenko, Prezident administrasiyasının rəhbəri İqor Sergeyenko və Dövlət Təhlükəsizlik Şurasının katibi Andrey Ravkov iştirak ediblər.   Qeyd edək ki, mayın 25-də Lukaşenko bu il avqustun 9-da keçiriləcək Prezident seçkilərindən öncə yeni hökumət qurmağı planlaşdırdığını açıqlayıb. Bundan əvvəl o izah edib ki, hazırkı dövlət başçısının qeydə alınmasından sonra seçicilərin etimadını artırmaq üçün seçkilərdən əvvəl hökumətin yeni tərkibi elan olunur. 
Eastnews.org/Giperssilka.ru