Beynəlxalq Qüds Fondu: "İşğalçı rejim Qüdsün müsəlman və məsihi irsini qəsb edir"

Bu barədə Beynəlxalq Qüds Fondunun rəhbərliyi bəyanat yayıb.

Beynəlxalq Qüds Fondu:
Fələstin

Giperssilka.ru "Palinfo"ya istinadən bildirir ki, fond sionist məhkəmələrin son illərdə konkret olaraq hansı bölgənin tarixi-mədəni irsini qəsb etdiyini açıqlayıb. "Beynəlxalq Qüds Fondu"nun sədri Yasin Hammud sionist rejim məhkəmə hakimiyyətinin Qüdsün Bab əl-Xəlil istiqamətindəki məsihi provaslav kilsəsinin tarixi və irsi mülkiyyət kimi təsdiqləyən qədim sənədlərinin və sübutların məhv etməkdə ittiham edib. Y.Hammud həmçinin fondun əldə etdiyi məlumatlara istinad edərək bildirib: "İşğalçı rejimin iqrçi müdaxilələri Qüdsün tarixi kimliyini aradan apara bilməz. Bu irqçi mübarizə israil işğalının tərkib hissəsidir və onlar bununla müqəddəs şəhərdəki müqəddəs məkanlara nəzarəti öz əllərinə almağa çalışırlar. Qüdsün müsəlman və xristian keçmişinin məhv edilməsilə yanaşı Qərb sahilinin işğalı Fələstini yox etməyi nəzərdə tutan yüzillik planın tərkib hissəsidir."

Y.Hammud "Beynəlxalq Qüds Fondu"nun olanlara etiraz edərək məsihi məbədlərinin müdafiəsinə qalxdığını bildirib və eyni zamanda işğalçı rejimi Fələstin və ondan kənardakı məsihi kilsələrinə qarşı belə qəsbkar addımlar atmaqdan imtina etməyə çağırıb. 

"Qüdsün Qədim Şəhər rayonundakı Bab əl-Xəlil bölgəsində yerləşən "Petra" və "İmperial" adlı qədim otellər var. Onlar Bab əl-Xəlilin qabağında, qədim Qüds qalasının qarşısında, Ömər Meydanına baxan möhməşəm mənzərəyə malikdir və Buraq Divarına rahat yolu olan yerdədir. Hər iki tarixi məkanın işğalçı gəlmələr tərəfindən zəbt edilməsi xristian və müsəlman məhəllələr üzərində sionist nəzarətini gücləndirir. 2005-ci ildən başlayan proses Qüds Patriarxı İrineyanın dini mövqeyindən kənarlaşdırılması ilə nəticələndi. Son illər ərzində patriarxlıq sözügedən daşınmaz əmlaklara qeyri-qanuni və layiq olmadığı qiymətlərin verildiyini əsas gətirərək dəfələrlə bu sənədin ləğvinə çalışıb", - deyə Y.Hammud bildirir. 

Giperssilka.ru