BMT Yəməndəki vəziyyət barədə xəbərdarlıq etdi

BMT Yəməndəki vəziyyət barədə xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatı 2.5 milyard dollarlıq qlobal yardıma ehtiyacı olan 16 milyon yəmənlinin aclıq səbəbindən fəlakətə doğru getdiyini söyləyib. BMT sözçüsü Stefan Dyujarrik 20 milyondan çox yəmənlinin aclıq həddində olduğunu və köməyə ehtiyacı olduğunu və bu il 16 milyondan çox kişi, qadın və uşağın aclıq keçirdiyini söyləyib.

Gipersssilka Deyeler.org-a istinadən xəbər verir ki, Dyujarrik belə deyib:

"Hazırda on minlərlə insan aclıq şəraitində yaşayır və beş milyon insan bu siyahıya daxil olmaq ərəfəsindədir".

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) daxil olmaqla BMT-yə bağlı qurumlar, təcavüzkarların Yəmənə hücumlarının davam etməsi nəticəsində bu ölkənin xalqının aclıq və bir əsrdə görünməmiş humanitar fəlakət yaşadığını dəfələrlə xəbərdarlıq edib.

Qeyd edək ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə Yəmən 2015-ci ilin mart ayında qurudan, dənizdən və havadan mühasirəyə alınıb.