Braziliya klubu "Qarabağ"ın tarixinə düşən futbolçunu istəyir

Braziliyanın "Koritiba" klubu hazırda Türkiyə təmsilçisi "Kayserispor"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike ilə maraqlanır.

Braziliya klubu
Pedro Enrike

"Giperssilka" "Report"a istinadən xəbər verir ki, komanda 30 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb edə bilər. 

Pedro Enrikenin Kayseri klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır. O, cari mövsüm 20 oyuna 8 qol vurub və komandanın bombardiridir. 

Qeyd edək ki, 2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib. 

O, Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayıb. Enrike "Qarabağ"ın Bakıda İtaliyanın "Roma" komandasına 1:2 hesabı ilə uduzduğu matçda fərqlənib, bununla da o, Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub. 

Giperssilka.ru