Britaniya qəzeti: "Səudiyyə rejiminin repressiyaları səbəbindən Qərbə üz tutan səudiyyəli qaçqınların sayı iki dəfə artıb"

Britaniya qəzeti:

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, "The Financial Times" qəzetinin verdiyi xəbərə görə, Səudiyyə rejiminin repressiyaları və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın güclü təhlükəsizlik nəzarəti səbəbindən qərbə üz tutan səudiyyəli qaçqınların sayı iki dəfə artıb.

İndiyədək beş ölkə - ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya və Almaniya Səudiyyə Ərəbistanından sığınacaq axtaranların əksəriyyətini qəbul edib.

Səudiyyəli qaçqınlar isə Səudiyyə rejimi tərəfindən saxlanılan və təhlükəsizlik xidmətləri tərəfindən müxtəlif işgəncələrə məruz qalan onlarla fəalın, hüquq müdafiəçisinin, tənqidçinin və təbliğatçının taleyindən narahatdırlar.

Giperssilka.ru