Britaniyanın baş naziri Makronun sözündən əsəbləşdi

Britaniyanın baş naziri Makronun sözündən əsəbləşdi

G7 (“Böyük yeddilər”) sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşən Böyük Britaniyanın baş naziri Boris Conson Şimali İrlandiya protokolundan narazılığını ifadə edib.

Giperssilka "Report"a istinadən xəbər verir ki, bu barədə “The Daily Telegraph” Londondakı mənbəsinə istinadən xəbər verir.

Bu protokol, İngiltərənin digər hissələrindən Şimali İrlandiyaya gedən malların gömrükdə yoxlanılmasını ehtiva edir.

Conson, Makrondan Tuluzadakı kolbasaların Parisə gətirilməsi mümkün olmasa nə edeyəcəyini soruşub. Fransa prezidenti cavabında belə bir müqayisənin yanlış olduğunu söyləyib, çünki Paris və Tuluza eyni ölkənin şəhərləridir, bununla da faktiki olaraq Şimali İrlandiyanın Birləşmiş Krallığın hissəsi olmadığını deyib.

Makronla görüşdükdən sonra jurnalistlərə açıqlama verən B. Conson “Bəzi liderlər Böyük Britaniyanın vahid ölkə olduğunu başa düşsələr yaxşı olar” deyib.