Bu gün on birinci imam Həsən Əskərinin (ə) mövlududur

Bu gün on birinci imam Həsən Əskərinin (ə) mövlududur

İmam Həsən Əskəri (ə) hicri 232-ci ilində (təxminən miladi 846-ci il) Mədinə şəhərində İmam Əliyyən-Nəqi (ə) və xanım Hüdeysənin evində dünyaya göz açıb.

Giperssilka.ru SalamNews-a istinadən xəbər verir ki, bu gün hicri-qəməri təqvimi ilə rəbius-sani ayının səkkizi 11-ci imam Həsən Əskərinin mövlud gününə təsadüf edir.

Həzrət Həsən Əskərinin babası İmam Təqinin (ə) dövründən başlayan Abbasi xəlifələrinin Əhli-Beyt (ə) imamları və təfədarlarına qarşı təzyiqlər daha da şiddətlənmişdi. İmam Həsən Əskəri (ə) 22 yaşına çatanda atası zəhərləndirilərək şəhadətə çatdırıldı və Əhli-Beyt (ə) tarixində ən ağır illərdə imamət vəzifəsi Həzrət Həsən Əskərinin (ə) öhdəliyinə düşdü.

O zamanlar Bizans imperiyası ilə sərhədlərin yaxınlığında yerləşən Samirə şəhərində xilafətin hərbi qarnizonu yerləşirdi. Burada xəlifələrin iqamətgahı da var idi. Şəhərin "Əskər” (tərc. - "Hərbçi”) adlı məntəqəsi xilafət ordusunun nəzrarətində idi. Bu səbəbdən Abbasi hökuməti İmamı (ə) həmin məntəqəyə sürgün edərək ciddi nəzarət altında saxlamaq istəyiridi. İmam (ə) Əskər deyilən bu məntəqədə yaşadığından ona "Əskəri” ləqəbi verilmişdi. Həmçinin Həzrəti "Zəki” (tərc. – "pak və təqva sahibi”) ləqəbi ilə də çağırırdılar.  

İmam hicri-qəməri təqvimilə 260-cı ilin rəbbiul-əvvəl ayının 8-ində şəhid edilib. İmam Həsən Əskəri 28 il ömür sürüb və 7 il imamət edib. İmamın (ə) ömrü çox iztirablı və çətin olub. Dəfələrlə həbsə məhkum olunub. O, Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid edilib. Mübarək məzarı İraqın Samirə şəhərində yerləşir. Əsrlərdir imamın məzarı imamsevər və əhli-beytsevərlər tərəfinfən ziyarət edilir. İmamın doğum və şəhadət günlərində on minlərlə bəlkə də yüz minlərlə insan bu məzarı ziyarət edirlər.