Bu gün Rusiyadan daha 130 azərbaycanlı təxliyə ediləcək

Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq.

Bu gün Rusiyadan daha 130 azərbaycanlı təxliyə ediləcək

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.

O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub. 

Report.az/Giperssilka.ru