Bu il xarici zəvvarlar üçün Həcc mərasimi təxirə salındı

Səudiyyə Ərəbistanı pandemiya ilə əlaqədar belə bir qərar qəbul etdiyini açıqlayıb.

Bu il xarici zəvvarlar üçün Həcc mərasimi təxirə salındı
© EPA/ALAA BADARNEH Müqəddəs Kəbə evi

"Giperssilka" "TASS"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini təxirə salıb. Səud rejimində bu addımı koronavirusla əlaqələndiriblər. 

"Sky News Arabia"nın məlumatına görə, bu il əcnəbi həcc zəvvarları müqəddəs Məkkə və Mədinədki müqəddəs məkanları ziyarət edə bilməyəcəklər.

Yerli zəvvarlar üçün isə həcc mərasimləri icra olunacaq. "Həcc mərasimi yalnız ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələrindən ibarət çox kiçik zəvvar qrupunun iştirakı ilə həyata keçiriləcək", - krallıq rəsmi dairələrindən verilən açıqlamada belə bildirilib. 

Giperssilka.ru