Bu ölkə tarixində ilk dəfə məscidlərdə ucadan azanlar oxunmağa başlandı - VİDEO

Kanada məscidlərində ölkə tarixində ilk dəfə Azanın  səsgücləndiricilərə verilməsinə başlanılıb. 

Müqəddəs Ramazan ayında ölkə məsulları bir sıra şəhərlərdə insanları Allaha ibadətə səsləyən azanların səsgücləndiricilər vasitəsilə ucadan verilməsinə razılıq verib. 

Giperssilka.ru Parstoday-ə istinadən xəbər verir ki, Kanadanın Toronto, Edmonton, Ottava, Hamilton kimi şəhərlərində yaşayan müsəlmanlarının ardıcıl müraciətlərindən sonra şəhər rəhbərləri buna imkan yaradıblar. Müqəddəs Ramazan ayının son gününə qədər məscidlərdə sübh, zöhr və işa məğrib azanları vaxtlı-vaxtında ucadan veriləcək. Hadisə ilə bağlı Hamilton şəhəri Mounteyn məscidinin imam-camaatı Seyyid Tora bildirib:

"Bu gün Kanada müsəlmanları üçün tarixi gündür, çünki ibadətə ilk çağırış ucadan səslənir və bizim qonşularımız bunu eşidəcəklər. Bizə  hələlik mübarək Ramazan ayı boyunca səsgücləndiricirlərlə azan verməyə ikman verilib, çalışacağıq bu müqəddəs aydan sonra da bu iş davam etsin."

Seyyid Tora ümid edir ki, Kanadanın digər bütün şəhərlərindəki məscidlərdə də insanların uca səslə ibadətə çağırılmasına imkan yaradılacaqdır. 

 

     Paytaxt Ottava şəhəri

 

Toronto

Giperssilka.ru