Cavad Zərif: "Netanyahu tarixin zibilliyinə getdi"

Cavad Zərif:

Eastnews.org-un verdiyi xəbərə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsraildə Netanyahunun rəqiblərinin yeni hökümət formalaşdırmasına münasibət bildirib.   

O qeyd edib ki, Netanyahu tarixin zibilliyinə gedib:   

"Netanyahu artıq tarixin zibilliyində qalıb, lakin İran başıuca dayanıb. O, İrana qarşı olan dostları Bolton, Pompeo və Trampa qovuşdu. İran həmişə başıuca qalacaq. Taleləri dəyişən zamandır".   

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun rəqibləri sayılan  “Yeş Atid” partiyasının sədri Yair Lapid və "Yamina" partiyasının sədri Naftali Benet koalisiya hökuməti formalaşdırıblar. 

 

Eastnews / Giperssilka