Çexiya prezidenti xəstəxanalıq oldu

Çexiya prezidenti xəstəxanalıq oldu

Giperssilka "Shafaqna"ya istinadən xəbər verir ki, Çexiya prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.

Bu barədə Praqadakı Mərkəzi Hərbi Hospitalın rəsmisi İtka Zinke məlumat verib.

Məlumata görə, prezident bir neçə saat öncə xəstəxanaya gətirilib. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Bunun koronavirusla bağlı olub-olaması da bəlli deyil.

Qeyd edək ki, Zemanın 76 yaşı var və o, 2013-cü ilin martından ölkə prezidentidir.