Çin lideri müharibəyə hazır olmaq təlimatı verdi

Çin lideri müharibəyə hazır olmaq təlimatı verdi

Çin Xalq Respublikasının dövlət başçısı Xi Çinpinq koronavirus pandemiyası sonrası ilə bağlı danışıb. 

Xi Çinpinq açıqlamasında bildirib ki, koronavirus pandemiyası bitdikdən sonra müharibəyə hazır olmaq lazımdır. 

"Özümüzü inkişaf etdirməliyik. Ordumuzu gücləndirmək üçün hərbi təlimlər keçiriləcək və yeni silahlar da alınacaq", - deyə Xi Çinpinq diqqətə çatdırıb. 

O, qeyd edib ki, çinlilər döyüş ruhunu inkişaf etdirməlidir.

Qeyd edək ki, Xinin bu təlimatı ABŞ və Ladax sərhəddində Hindistanla artamaqda olan gərginlik fonunda verib.   

Eastnews.org/Giperssilka.ru