Çində daha təhlükəli yeni virus yayılır

Çin paytaxtı Pekində meydana çıxan yeni virus bir sıra suallar yaradıb. 

Çində daha təhlükəli yeni virus yayılır

Giperssilka.ru xəbər verir ki, ekspertlər Avropadan Çinə keçən bu virusun son dərəcə sürətli yoluxucu və təhlükəli olduğunu iddia edir. Pekinin Xinfadi bazarı ətrafında yeni yoluxma hallarının aşkarlanmasından sonra fövqəladə tədbirlər görülməyə başlanılıb. Yoluxma sayının qısa müddətdə 79-dan 109-a yüksəlməsindən sonra paytaxt Pekin meriyası yeni virusu "çox amansız" adlandırıb və 29 bölgədə karantin elan edilib.  

Çin Xəstəliklərə Nəzarət Mərkəzinin baş epidemioloqu Vu Zunyou yoluxmanın nəzarət altına alınmasının ən vacib iş olduğunu bildirib. Hu qeyd edib: "İnfeksiyanın nə qədər yoluxucu olduğunu təsbit etmək ən vacib məsələdir. Virusun yayılma mərkəzi Pekin deyil, amma onun haradan gəldiyini hələ ki, müəyyən edə bilməmişik."

Faktla bağlı ilk korona virus yoluxma hallarının yaşandığı Vuhandan açıqlama gəlib. Vuhan Universiteti Patogen Biologiya Fakultəsinin dekan müavini Yanq Zhanqiunun sözlərinə görə, Pekində təsbit edilən yeni koronavirusun son dərəcə yoluxdurucudur. "Böyük ehtimalla, Vuhanda aşkarlanandan daha yoluxucu olduğunu göstərən 79 yoluxma halı 4 gün ərzində təsbit olunub", - Yanq Zhanqiu vurğulayıb. 

Giperssilka.ru