Corc Floyd dəfn edilib

Corc Floyd dəfn edilib

ABŞ-ın Minneapolis şəhərində ötən ay polis zabitinin zorakılığı nəticəsində həlak olmuş afroamerikalı Corc Floydun Texas ştatının Hyuston şəhərində dəfn mərasimi başa çatıb.

 

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

 

Qeyd edilir ki, bu, Floydun dogma şəhəridir.

 

Məlumata görə, afroamerikalının ailəsi onun dəfn mərasiminə ağ paltarda qatılıblar.

 

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu saxlayıblar. Tutulma vaxtı polis əməkdaşı dizi ilə onun boynunu sıxıb. Floyd boğulduğunu desə də, asayiş keşikçiləri buna məhəl qoymayıblar. Nəticədə afroamerikalı yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində ölüb. Bu, ABŞ-da kütləvi etirazlara və qarışıqlıqlara səbəb olub. Hadisə ilə əlaqədar bir neçə polis əməkdaşı işdən çıxarılıb.

Giperssilka.ru