Corc Floydun qətlinə görə daha 3 polisə qarşı ağır ittihamlar irəli sürüldü - FOTO

Corc Floydun qətlinə görə daha 3 polisə qarşı ağır ittihamlar irəli sürüldü - FOTO
C.Floyd qətlinin iştirakçıları: (soldan) Aleksandr Kyuenq, Tomas Leyn, Tou Zao və C.Froydu dizləri boğun qətlə yetirən Derek Şovin

Giperssilka.ru AP-yə istinadən xəbər verir ki, Minnesota ştatında polis zorakılığı ilə qətlə yetirilən Corc Floydun ölüm işi üzrə daha 3 polis zabitinə qarşı ağır ittihamlar irəli sürülüb.

Hadisənin baş verdiyi Minneapolis şəhər prokuroru açıqlayıb ki, hadisə yerində olan və cinayətin iştirakçısı olmuş daha 3 polis zabitinə qarşı ağırlaşdırılmış ittihamlar irəli sürülüb.  

Xatırladaq ki, mayın 25-də ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində 46 yaşlı qaradərili ABŞ vətəndaşı Corc Floyd saxlanılarkən yerli polisin qeyri-adekvat gücü ilə qarşılaşıb. Nəticədə C.Floyd kameralar qarşısında boğularaq ölüb. Bütün ölkəyə yayılan hadisənin görüntüləri ABŞ-da geniş etiraz dalğasının başlamasına təkan verib.  

Giperssilka.ru