Dəmir Qübbə HHM sistemi niyə raketlər əlyhinə müqavimət göstərməkdə uğursuzdur və Müqavimət raketləri bu sistemdən necə yayınır? TƏHLİL

Dəmir Qübbə HHM sistemi niyə raketlər əlyhinə müqavimət göstərməkdə uğursuzdur və Müqavimət raketləri bu sistemdən necə yayınır? TƏHLİL

İllərdir sionist rejimin durmadan təbliğat apardığı "Dəmir Qübbə" mifi son Fələstin müharibəsi zamanı darmadağın oldu. Gəlin bu sistemin uğursuzluğuna səbəb olan amillərin bir neçəsinə qısa nəzər salaq.

- Sionist rejimi vergi təşkilatı, Fələstin müqaviməti ilə hazırkı müharibənin ilk dörd gününün xərcinin, 2014-cü ildəki 51 günlük müharibənin xərcinin yarısı qədər olduğunu təxmin edir; 2014-cü il müharibəsi, Təl-Əvivə təxminən 4 milyard dollara başa gəlmişdi.

- Sputnik-in verdiyi məlumata görə, hərbi analitiklər Dəmir Qübbə sisteminin təsirli olduğunu, ancaq məhdud sayda raketlə mübarizə aparmaq məqsədilə hazırlandığı üçün məhdud imkanlara sahib olduğunu söyləyir; Məsələn, bir dəfəyə 100 hədəfi vura bilər, bəs İsrail rejiminə 125 raket atılırsa, o zaman necə olacaq?

- Dəmir Qübbə sisteminin ciddi təmirlərə ehtiyacı olur və raket atıcılarının yararlandığı bu təmir problemi uzun müddət zaman alır.

- Məlumata görə, bir başqa məsələ də bu sistemin raketlərinin 40.000-100.000 dollar arasında qiymətləndirilməsidir və  bu da Tel-Əvivə baha başa gəlir. 

- Digər bir zəif cəhəti isə Dəmir Qübbənin kiber hücumları qarşısında dayanıqsızlığıdır. Hətta son müharibə bir neçə dəfə Dəmir Qübbə sisteminin özü belə raketlə hədəf alınmışdı.

- Nəzərə alsaq ki, Dəmir Qübbədən atılan raketlərin yerini yeni raketlərlə doldurmaq vaxt aparır, bu da qarşı tərəfə böyük şans verir. 

- Müqavimətin atdığı bəzi raketlərin radarlar tərəfindən kəşf olunmamması, hədəflərin maneəsiz və dəqiq nişan alınmasına şərait yaradır. 

- Dəmir Qübbəni uğursuz edən digər bir amil isə müqavimətin aldadıcı və dəqiq taktika ilə raket atmasıdır. Belə ki, Dəmir Qübbənin yalançı hədəflərlə məşğul etmək üçün, ilk mərhələdə içərisində partlayıcı maddə olmayan (və ya az maddə olan) minaatanlar və katyuşalardan məqsədsiz kor atəşlər açılır. Nəticədə Dəmir Qübbə lazımsız hədəflərlə məşğul olan zaman, müqavimət tərəfindən əsas hədəfə güclü raketlərlə dəqiq atəş açılır.

- Hər dəfə Dəmir Qübbədən raket atəşi açılarkən səmada partlayışlar baş verir. Əksər insanlar isə Qəzzadan gələn raketlərin zərərsizləşdiyini düşünür. Halbuki həmişə belə olmur. Belə ki, Dəmir Qübbənin raket başlığı zamanlı partlayış sisteminə malikdir və hədəfə dəyməsə belə müəyyən məsafəni qət edəndən sonra partlamalıdır. Belə olmasa hədəfdən yayınan Dəmir Qübbə sisteminin raketi, mülkü sakinlərin yaşadığı əraziyə düşərək partlayacaq. Necə ki, sosial şəbəkələrdə yayılan videolarda bəzi raketlərdə nasazlıq səbəbindən bu dahadisənin baş verməsini görmüsünüz.

"İslam Dünyası Xəbərləri" / Giperssilka