Dərsə maraq yaratmağın çox sadə üsulları – Gənc müəllimlər üçün “texnikalar”

Dərsə maraq yaratmağın çox sadə üsulları – Gənc müəllimlər üçün “texnikalar”

Məktəblilərin bəzi dərslərə marağı azı olur və ya diqqətlərini cəmləyə bilmirlər. Burada müəllimlərin rolu böyükdür. Onlar bəzi üsullarla sinfi ələ almağı bacarmalı, dərsə maraq yaratmalıdırlar. Bəs müəllimlərin daha təsirli dərs demələri necə təmin edilir?

Giperrsilka AzEdu.az-a istinadən bəzi üsulları təqdim edir:

Göz təması

Müəllimlərin dərsi sinifdəki şagirdlərin gözlərinin içinə baxaraq danışması olduqca təsirli bir üsuldur.

Hərəkət

Bütün dərs boyu bir yerdə dayanmaq effektli deyil. Davamlı hərəkət halında olduqda hərəkət ünsiyyətə kömək edir. Hərəkət tarazlıqda tutulmalı və müəyyən bir bədən dili istifadə edilməlidir.

Səs tonu

Müəllimlərin bütün sinfə hakim olması çox asan deyil. Arxa oturacaqlardakı şagirdlər üçün yüksək səs tonu ilə danışmalısınız.  Bəzən nitqinizi ləngitməli, bəzən də tezləşdirməlisiniz.

Şagirdləri tanımaq

Yaxşı şagird tanınmaq istəyir. Orta və ya yaxşı səviyyədə olmayan şagirdə də diqqət yetirdikdə motivasiyası artır.

Rahathiss etdirmək

Şagird özünü sinifdə rahat hiss etməlidir. O, rahatlıq və xoşbəxtliyi müəllimdən öyrənir.

Dərs üçün mövzunun müəyyən edilməsi

Şagirdə dərsə başlamazdan əvvəl niyə danışacağınızı deməlisiniz. O, mövzunu bilmədən dərsə başlamamalısınız.

Hörmət etmək

Müəllim şagirdinə hörmət etməlidir. Şagird alçaldığını, təhqir olunduğunu hiss etməməlidir. Məktəblilər üçün müəllim idealdır.

Hazırcavab olmaq

Şagirdlərin sinifdə diqqətləri dağılmadan dinləmə müddəti 20 dəqiqədir. Dərs müddəti isə daha uzun olur. Onların bu müddətdə marağını çəkmək üçün  zarafat etmək, heç bir insan qrupunu, inancı kiçiltməyəcək lətifələr danışmaq aktivliyi təmin edir.