Devalvasiya ehtimalı

Devalvasiya ehtimalı

“Bizimyol-info.az”da dərc edilən “İqtisadçı: Azərbaycanda devalvasiya mütləq olmalıdır” sərlövhəli məqalədə isə müəllif Azərbaycanda devalvasiya ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətləşir.

 

Müəllifin deməsinə görə, ekspert 15-20%-lik devalvasiyaya gedilməsini manatın qorunması üçün çıxış yolu hesab edir.

 

Müəllif iddia edir ki, xarici ticarətdəki mənfi saldo iqtisadiyyata zərbə vurur, daxili bazar idxal hesabına formalaşır, ixracın stimullaşdırılması da yetərli səviyyədə deyil, üstəlik, qlobal böhranın vurduğu zərbələr də var,

 

N. Cəfərli isə hesab edir ki, indi 15-20% devalvasiyaya gedilməsə, gələcəkdə 50-60% devalvasiya gedilməsi məcburiyyəti yaranacaq.

 

Ekspert vurğulayır ki, hökumətin maliyyə bloku tədiyyə balansında ciddi müsbət saldo olduğunu əsas gətirərək manatın ucuzlaşmayacağını deyirdilər: “İndi birinci rübdə (2020-ci ilin ilk rübü-red) artıq kəsir yaranıb. Bu rəqəmlər hələ aprel-may aylarını, neftin daha da dəyərdən düşdüyü, iqtisadiyyatın karantin rejiminə girdiyi dönəmi əhatə etmir. Yəni, 2-ci rüb daha pis rəqəmlər görəcəyik”.

 

Ekspert hesab edir ki, hökumət iqtisadi kateqoriya olan məzənnə məsələsini siyasi sabitlik simvoluna çevirib, həm iqtisadiyyata, həm də real sektora zərbə vurur: “2014 cü ildə eyni cür yanaşdılar - nəticədə 1 il 2 aya, yəni 2015-ci ilin fevralına qədər MB 10 mlrd. dolları məzənnəni saxlamaq bəhanəsi göyə sovurdu - nəticədə həm 10 mlrd. dollar itdi, həm də 2015-2016-cı ildə 3 dəfə devalvasiyaya getməyə məcbur qaldı”. Ekspert iddia edir ki, beş il öncə edilmiş səhvlər indi də təkrar olunmaqdadır.

Maide.az / Giperssilka.ru