Dubayda 47 mərtəbəli yaşayış göydələnində şiddətli yanğın olub VİDEO
Yanğın zamanı ümumlikdə 250 ailə təxliyyə edilib.
Giperssilka.ru MEMO-ya istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyində 47 mərtəbəli yaşayış göydələnində şiddətli yanğın baş verib. Hadisə BƏƏ-nin 3-cü böyük kurort şəhəri Şarjadə yaşanıb.
Mayın 5-də gecə saatlarında baş verən hadisə zamanı göydələndə yaşayan 250 ailə təxliyyə edilib. Yanğın ən-Nəhdə rayonundakı Abbko göydələnində baş verib. Yanğın demək olar ki, bütün göydələni əhatə edib.
Yüksək mərtəbələrdəki insanları xilas etmək üçün xüsusi dronlardan istifadə edilib.
Giperssilka.ru