Dünya Qüds Günündə Rusiya müsəlmanlarının izdihamlı cərgələri

Dünya Qüds Günündə Rusiya müsəlmanlarının izdihamlı cərgələri

Dünya Qüds Günündə milyonlarla rusiyalı müsəlman, Moskvadakı və müsəlman respublikalarındakı məscidlərdə iştirak edərək məzlum fələstinlilərlə həmrəy olduqlarını dilə gətirib.

Radio və Televiziya Xəbər Agentliyi Moskvadan xəbər verir: "Mərhum İmamın təşəbbüsü ilə Qüds Günü adlandırılan müqəddəs Ramazan ayının son cüməsində, Avropanın ən böyük məscidi olan Moskvanın Came məscidi və Rusiya daxilində yüzlərlə məsciddə müsəlmanlar birlikdə Qüdsə dəstək nümayiş etdiriblər".

​ Şiə-sünni, kişi-qadın, qoca və cavanlardan ibarət Rusiya müsəlmanları uşaq qatili sionistlərin cinayətlərini davam etdirmələrinə qəzəb və nifrətlərini bildiriblər.  Fələstinlilərin öldürülməsi və torpaqlarının qəsb edilməsi ilə əlaqədar BMT-nin və insan haqları təşkilatlarının ölümcül susqunluğuna son qoymasını istəyiblər.

Moskvanın Came məscidindəki əzəmətli Qüds Günü mərasimində İran İslam Cümhuriyyətinin, Fələstin, Türkiyə, Malayziya, İraq, Suriya, İordaniya səfirləri daxil olmaqla, islam ölkələrinin səfirləri də iştirak ediblər. Şiə və sünni din alimləri ilə yanaşı Rusiya paytaxtındakı müxtəlif təbəqələrdən olan müsəlmanlar da bu mərasimə qatılıblar.

Mərasimdə Fələstinin Rusiyadakı səfiri Əbdül-Hafiz Nəvfal deyib: "Fələstin məsələsini davamlı dəstəklədikləri üçün İran İslam Cümhuriyyətinin rəhbərliyinə, hökumətinə və millətinə təşəkkür edirik.

İmam Xomeyninin (rəh) Qüds Günü təşəbbüsü müqəddəs Qüdsü cinayətkar sionistlərin pəncəsindən azad etmək ideyasını yaşadıb.

Əvvəlki uğursuz planlar əvəzinə Fələstin məsələsinin həqiqi həlli Ayətullah Xameneinin təklifidir. O da, işğal olunmuş ərazilərin sakinləri və fələstinli qaçqınlar da daxil olmaqla, bütün fələstinlilərin iştirakı ilə ümumxalq referendumu keçirilməsidir. Bu, məzlum Fələstin xalqının iradəsidir".

İran İslam Cümhuriyyətinin Rusiyadakı səfiri Kazim Cəlali toplantıda deyib: "Sionist rejim 1948-ci ildə qurulduğu gündən bəri fələstinli müsəlmanları və digər müsəlman və ərəb millətlərini öldürür. 1948-ci ildən bəri təxminən 100.000 fələstinli və ərəbin öldürülməsi bu rejimin cinayətlərinə sübutdur".

İran İslam Cümhuriyyətinin Rusiyadakı səfiri dedi: "Sionist rejim Qüdsü yəhudiləşdirməyə davam edir. Onlar yəhudi yaşayış yerləri düzəltməklə və İordan çayının qərb sahillərinin birləşdirilməsi yolu ilə buna nail olmaq istəyirlər. ​Belə ki, fələstinlilərin evlərini dağıdır, Qüds başda olmaqla, onları yurdlarından çıxarır, Fələstin ərazilərindəki varlıqlarını sabitləşdirirlər.

Bu hərəkətlər BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdə yaşayış yerlərinin tikilməsinin dayandırılmasına dair 2334 saylı qətnaməsinə ziddir".

O, sionist rejimin davam edən cinayətlərinə qarşı BMT Təhlükəsizlik Şurası, insan haqları təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən effektiv fəaliyyətə ehtiyac olduğunu vurğuladı. Təkcə keçən il BMT Baş Məclisi dünya ölkələrini 23 dəfə qınayıb. Onlardan 17-si sionist rejimlə əlaqəli idi, amma heç biri həyata keçirilmədi".

Kazim Cəlali, bəzi ərəb ölkələri ilə sionist rejim arasındakı münasibətlərin normallaşmasına işarə edərək, dedi: "Bu məsələ, bu hökumətlərin sionist rejimin islam və ərəb ölkələrinə, xüsusən də, fələstinlilərə qarşı hərəkətlərinə və cinayətlərinə həssaslığının azaldığını göstərir".

Sonda səfir İran İslam Cümhuriyyətinin Fələstin böhranının həlli ilə bağlı dörd maddəlik planına toxunaraq dedi: "Bu plan, fələstinlilər arasında demokratik prinsiplərə və beynəlxalq hüquqa əsaslanan milli bir referendumun keçirilməsinə əsaslanır. Bütün hökumətlər və millətlər tərəfindən də qəbul edilmişdir. Əvvəlki uğursuz planlara yaxşı bir alternativdir.

Bu mərasimdə Baş Müftinin birinci müavini Rövşən Həzrət Abyasov, Rusiya Müsəlmanları Dini İdarəsi Başçısının müavini Eldar Həzrət Ələddinov, İordaniya, Türkiyə, Suriya və İraq səfirləri, İmam Xomeyninin (rəh) Qüds günü təşəbbüsünü yüksək qiymətləndiriblər. Həmçinin, İnqilabın Ali Məqamlı rəhbərinin Fələstin məsələsinə davamlı dəstəyini təqdirə layiq biliblər.

Giperssilka.ru