Dünyada 200 milyon insan iş yerini itirə bilər

Koronavirus pandemiyası nəticəsində dünyada təxminən 200 milyon insan iş yerini itirə bilər.

Dünyada 200 milyon insan iş yerini itirə bilər

Gipperssilka.ru Oxu.az-a istinadən bildirir ki, bu haqda REN TV xəbər yayıb. BMT-nin hesablamalarına görə, ilk növbədə kiçik və orta biznes, eyni zamanda, özünüməşğulluq sahələri zərər çəkəcək.

Təkcə Fransada işsizlik artıq tarixi rekord müəyyən edib. Bu ölkədə əhalinin dörddə biri koronavirusun yayılmasına görə iş yerini itirib.

“2020-ci il ərzində Avropada resessiya gözlənilir. Bizdə ümumi daxili məhsulun (ÜDM) 7,5 faiz azalması gözlənilir. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranının itkilərindən daha çoxdur”, - Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Paolo Centiloni bildirib.

Giperssilka.ru