Efiopiyada 17 şəhər üsyançılardan geri alındı

Efiopiyada 17 şəhər üsyançılardan geri alındı

Efiopiya hökuməti üsyançılara qarşı əməliyyatların nəticəsində Amhara və Afar əyalətlərində 17 şəhəri geri alıb.

Giperssilka.ru Axar.az-a istinadən xəbər verir ki, bu barədə Efiopiya Baş nazirinin ofisi məlumat yayıb.

Bundan əlavə, Mezezo, Molale, Şoa Robit və Rasa bölgələri də “Tiqray Azadlıq Xalq Cəbhəsi” üsyançılarından təmizlənib.