Əfqanıstanda ‘Taliban’çılar 7 polis əməkdaşını öldürdü

Əfqanıstanda ‘Taliban’çılar 7 polis əməkdaşını öldürdü

Əfqanıstanın qərbində yerləşən Qor əyalətində “Taliban” hərəkatının üzvlərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 7 əməkdaşı ölüb.

 

“TOLOnews”a istinadən xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.

 

Məlumata görə, “Taliban” silahlıları əyalətin Pasaband qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

 

Hadisə ilə bağlı ətraflı məlumat yayılmayıb.

Report.az/Giperssilka.ru