Əhli-beytin (s) kəriməsi Həzrət Məsumə (sə) haqqında serialının istehsalına başlanılır 

Əhli-beytin (s) kəriməsi Həzrət Məsumə (sə) haqqında serialının istehsalına başlanılır 

Giperssilka "HÖVZƏ"yə istinadən xəbər verir ki, bu serialın dini mütəxəssisi olaraq Höccətül-İslam vəl-müslimin Əhməd Abidinin iştirakı ilə Həzrət Məsumə (sə) serialının ssenarisinin ikinci hissəsini nəzərdən keçirmək üçün toplantı keçirilib.

Bu toplantıda müqəddəs Qum hərəminin müdiriyyətinin müşaviri Höccətül-İslam vəl-müslimin Hüseyni Nejad, müqəddəs ziyarətgahın Mədəniyyət İşləri üzrə müavini Höccətül-İslam Mehdi Əhmədi, Həzrət Məsumə (sə) serialını çəkən rejissor Müctəba Əmini və ssenari müəllifi Rəsulpur da iştirak edib.

Bu iclasda ssenarinin bəzi rəvayi mənbələri sənəd və dəlalət baxımından araşdırılıb və islah edilib. Həmçinin, toplantıda tarix boyu şiələrin imamlarını (ə) tanrı hesab edənlərin ittihamlarına uyğun cavablar verilməli olduğu vurğulanıb.

Görüşdə Həzrət Məsumə (sə) serialının rejissoru bildirib ki, tarixi əsərlər vaxt aparan və ağır olduğu üçün bu serialın istehsalının bir neçə il çəkəcəyi proqnozlaşdırılır:

"İstədiyimiz nəticəni əldə etmək üçün istehsal işlərini ən qısa müddətdə və fasiləsiz davam etdirmək planlaşdırılır".

Giperssilka.ru