Əl-Əqsa məscidi ibadətə açıldı, sionist təzyiqlər davam edir FOTO/VİDEO

Əl-Əqsa məscidi ibadətə açıldı, sionist təzyiqlər davam edir FOTO/VİDEO
69 gün aradan sonra müqəddəs Əl-Əqsa məscidində ilk sübh nanazı - 31 may 2020.

Mayın 31-də (bazar günü) Fələstindəki müqəddəs Əl-Əqsa məscidinin qapıları yenidən ibadə açılıb. Giperssilka.ru Qazapress-ə istinadən xəbər verir ki, 69 gün qapalı qalan müqəddəs məkan bazar günü fələstinlilərin sübh namazına toplaşması ilə yenidən ibadətə açılıb. Uzun aradan sonra ağlar gözlər və həyəcanlı duyğularla müşaiyət olunan sübh namazı boyu hər hansı insident yaşanmayıb.

Lakin zöhr namazından başlayaq artıq sionist rejim qüvvələri Əqsa məscidinin girişlərində blok-postlar qurmağa başlayıb. Sionist rejim qüvvvələri ilə yerli fələstinlilər arasında toquşmalar yaşanıb. Fələstin mənbələrinin verdiyi məlumatlara əsasən, günboyu ən azı 4 fələstinli şəhid edilib. Sionist rejim qüvvələri müsəlmanların müqəddəs Əqsa məscidinə yaxınlaşmasını məhdudlaşdırmağa cəhd edir. 

Qeyd edək ki, gün ərzində sionist gəlmələr toplu şəkildə Əqsa məscidinə doğru yürüş edib və hər hansı təzyiqlə qarşılaşmadan insidentsiz ziyarətlərini ediblər. İsrail qüvvələri müqəddəs məscidin həyətində müsəlmanların dayanmalarına mane olur.  

69 gün aradan sonra müqəddəs Əl-Əqsa məscidində ilk sübh nanazı - 31 may 2020.

Sionist gəlmələrin müqəddəs Əl-Əqsa məscidinə yürüşü

Giperssilka.ru