Əl-Husi Səudiyyə Ərəbistanına müraciət edib: "Gəlin Maribdən ayrılıb birlikdə Qüdsə tərəf gedək"

Əl-Husi Səudiyyə Ərəbistanına müraciət edib:

Giperssilka "ABNA"ya istinadən xəbər verir ki, Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Əli Əl-Husi işğal olunmuş ərazilərdəki dəyişikliklərə cavab olaraq Səudiyyə Ərəbistanına müraciət edərək dedi: "Gəlin Marib döyüşünü dayandıraq. Məscidül-Əqsanı müdafiə etmək üçün birlikdə Qüdsə gedək".

O, deyib: "Əsl döyüş Qüdsün azad edilməsi olsa da, siz səudiyyəlilər Sənanı azad etməyə çalışırsınız. Gəlin birlikdə Qüdsə gedək".

Əl-Husi əvvəllər belə demişdi: "Amerikalılar Səudiyyə Ərəbistanının yəmənliləri öldürmələrini və İsrailin fələstinlilərə qarşı qətlamını dəstəkləyir. Eyni zamanda, sülh planı təqdim etdiklərini iddia edirlər".

Giperssilka.ru