Əllamə Həsənzadə Amulidən sosial şəbəkə istifadəçilərinə 12 qızıl məsləhət

Əllamə Həsənzadə Amulidən sosial şəbəkə istifadəçilərinə 12 qızıl məsləhət

Giperssilka Feysbuk istifadəçisi Faiq Qasımlıya istinadən dünən vəfat edən Əllamə Həsənzadə Amulinin virtual dünya və sosial şəbəkə istifadəçilərinə 12 qızıl məsləhətini təqdim edir:

1. Paylaşılan haqq kəlamları təkrar bölüşməklə onları yenidən dirildin. 

2. Batil olan hər şeyi tərk etməklə onları məhv edin.

3. Şəriətə uyğun olmayan və ya şəriətin qadağan etdiyi şəkillərə baxmaqdan ciddi şəkildə çəkinin.

4. Faydasız və bayağı mübahisələrdən çəkinin.

5. Xalqları, millətləri, şəxsiyyətləri, dinləri, məzhəbləri, müqəddəs sayılan hər şeyi məsxərə etməkdən, onlara aid edilən lətifələri yazmaqdan, danışmaqdan və paylaşmaqdan çəkinin.

6. Şaiyələrin mənbəyi olmayın. Paylaşdığınız hər xəbərin, dastanın və hədisin sənədini dəqiqləşdirmədən paylaşmayın.

7. Çalışın paylaşdığınız hər xəbər (qiyamət günü) sizin əleyhinizə deyil, lehinizə faydalı olsun.

8. Çalışın daim xeyrin açarı, şərin qıfılı olun.

9. “Paylaşmışdılar deyə mən də bölüşdüm” deməyin! Bilin ki, paylaşdığınız hər mətn sizin imzanızladır və siz bundan məsuliyyət daşıyırsız.

10.  Hazırkı texnologiyadan maksimum şəkildə öz xeyrinizə faydalanın. Sosial və virtual aləmdən insanların islahı üçün çalışın. Onları İlahiyə dəvət edərək pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət edin. Onları mədəni maarifə, elmə, təhsilə yönləndirərək bu yolda əlinizdən gələni əsirgəməyin. Bir sözlə, insanların islahı üçün saf niyyətlə xidmət edin.

11. Haqqı hər şeydən üstün tutaraq onu qəbul etməkdən hər nəyin bahasına olursa olsun heç nədən çəkinməyin və bunun əksi üçün dirəniş göstərməyin.

12. Bunu da bilin ki, bütün yazı və təsvirləriniz sizin şəxsiyyətinizin göstəricisidir.

Giperssilka.ru