Emin Güneş: “Rəisi hakim olaraq ABŞ itlərinə heç vaxt mərhəmət etməyib”

Emin Güneş: “Rəisi hakim olaraq ABŞ itlərinə heç vaxt mərhəmət etməyib”

İxtisasca vəkil olan yazar Emin Güneş Ayətullah Seyyid İbrahim Rəisinin İran İslam Cümhuriyyəətinin 8-ci prezidenti seçilməsi münasibətilə köşə yazısı qələmə alıb.

Giperssilka xəbər verir ki, o, köşəsində Rəisinin fərdi keyfiyyətlərin toxunub və kafirlər qarşısında dik duruşundan bəhs edib.

Həmin köşəni təqdim edirik:

İran İslam Cümhuriyyəti prezident seçkilərini böyük fərqlə İbrahim Rəisi qazandı. Başda İran xalqı olmaqla müqavimət cəbhəsi və bütün dünya məzlumlarına xeyirli olsun.

Heç bir namizədi yaxından tanımadığım halda cənab Rəisini hələ namizəd olmamışdan öncə İnstaqramda izləyir, bir hüquqşünas olaraq fəaliyyətlərini təqdir edirdim. Xüsusilə təvazökarlığı, xalqa iç-içə olması, problemlərə qısa zamanda həll yolu tapması ilə yanaşı, kim olmasından asılı olmayaraq rüşvətxorluğa bulaşanların üzərinə getməsi həqiqətən də İran xalqı üçün böyük şans idi.

İmam Xameneinin “Prezident dininə bağlı, kamala çatmış, nizam-intizama sadiq, inqilabçı və cihad xəttində, ədalətli olmalı və rüşvətxorluğa qarşı mübarizə etməlidir. İranın milli potensialına və gəncliyə inanaraq gələcəyə ümidlə baxmalıdır” dediyi bütün xüsusiyyətləri sahib mücahid inqilabçıdır.

Bu xüsusiyyətlərə görə Rəhbər və müqavimətin əsas sütununu təşkil edən İnqilab Keşikləri / Qüds Gücü ilə eyni xəttə olacağında heç kimin şübhəsi yoxdur.

Seçkilərdən öncə içimizdəki amerikalılar Rəsiyə etirazlar edirdilər. Çox sayda namizədin təsdiq olunmamasını demokratiyaya və xalqın iradəsinə qarşı hesab etdilər. Konstitusiyanı Mühafizə Qurumunu hər şeyi Rəsiyi lehinə tənzimləməkdə ittiham etdilər. Seçkidə iştirakın çox aşağı olacağını və qanuniliyinin müzakirəyə çıxarılacağını söylədilər. İran xalqını mühafizəkarlar və islahatçılar olaraq ikiyə bölmüşdülər. Belə ikili sistemlərdə hər bir tərəfdən bir namizədin olması kifayət idi. Amma İranda 2-3 namizəd bunlar üçün kifayət etməmişdi.

Bundan öncəki seçkidə islahatçılar xalqı ABŞ ilə münasibətin normalaşaraq rahatlıq gözlətisinə salmış, lakin məqsədlərinə çatmamışdılar. Rəhbər ABŞ ilə əldə ediləcək razılaşmaların nəticə verməyəcəyini bildiyi halda, bir növ onlara şans vermişdi.

ABŞ ilə müzakirələr başlayanda “ABŞ ilə salamlaşan elini geri çəkəndə barmaqlarını saysın” deyə xəbərdarlıq edənlər oldu. Nəticədə ABŞ-a ümid edənlər umduqlarını tapa bilmədilər. ABŞ-ın istəkləri yerinə gətirildi, amma İranın heç bir tələbi yerinə yetirilmədi. Trampın müqavilədən çəkildiyini söylədiyi gün Ruhani və Zərif ipinin çəkildiyini anladıq.

Nəticə etibarilə, islahatçılar bütün şanslarını və etibarlarını itirdilər. Seçkidə şansın onların yanında olmayacağını bilirdilər. Bir növ dostları tərəfindən aldadılmışdılar. Cavad Zərif bu məğlubiyyətin təsiri ilə iki dəfə istefa etmək istədi. Daha da rüsvay olmamaq üçün namizəd olmağa belə cürət etmədi.

Rəisiyə müxaliflik edənlər onun “sərtliyini” səbəb olaraq göstərdilər. Əslində sərtlik / yumuşaqlıq məsələsi önəmli məsələdir. Sərtlikdə məqsəd nədir? Sərtliyin əksi “yumuşaq” deyərkən nəzərdə tutulan nədir? İslam dünyasındakı bütün liderlər başda ABŞ olmaqla kafirlərin rahatlıqla diş keçirə biləcəkləri vəziyyətdə olması lazımdır? Ya da ki, sərt demək ABŞ və digər kafirlərin diş keçirə bilmədiyi, keçirməyə çalışanların dişlərinin kırıldığı keyfiyyətdə olmaqdır?

ABŞ-ın istədiyi lider tipi heç vaxt dik durmamalı, həmişə əlləri qabağında bağlı və rüku vəziyyətində olmalıdır. Qlobal sionizmin təqdir və lütfünü qazanmalıdır. Lakin, Rəisi elə bir dik duruşa sahibdir ki, istəsə də əyilməyəcək sərtlikdədir. Əyməyə çalışsan qırılacaq!

Mərhum İmam Xomeyninin (rə) “Canavara mərhəmət quzuya zülmdür” prinsipində hərəkə edərək Rəisi hakim olaraq ABŞ itlərinə heç vaxt mərhəmət etməyib. O səbəbdəndir ki, içimizdəki çaqqallar tərəfindən “qəssab” olaraq adlandırılır.
Sərtlik deməkdə məqsəd bizim də qarşı olduğumuz məntiqsiz, mühakiməsiz, hikmətsiz, İŞİD metodu ilə yanaşma tərzi olsaydı, müxaliflər etiraz edəcəkdilər? Əlbəttə ki, etməyəcəklərdilər. Çünki bu yanaşma tərzi onların axtarıb tapa bilmədikləri bir haldır. Bunlar da sərtdir, amma kafirlərə qarşı deyil. Möminlərə qarşı sərt və amansızdılar. Bu zehniyyət qlobal imperializmin fəaliyyətlərinə qanunilik qazandırmaq üçün zəmin hazırlamaqla məşğuldur.

“Müqavimət iqtisadiyyatı” tətbiq edəcəyini söyləyən cənab Rəisiyə Allahdan müvəffəqiyyət diləyir, bütün müqavimətçi dostlardan dua tələb edirəm. Rəbbim müqavimət cəbhələrinə yağdırdığı köməyini müqavimət iqtisadiyyatından da əsirgəməsin inşAllah.

Emin Güneş”.

Giperssilka.ru