"Ənsarullah" ABŞ-ın sanksiyasına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən İnqilabı Ali Komitəsinin sədri Məhəmməd Əli əl-Husi sosial media hesabı olan "Tvitter"də ABŞ-ın yeni sanksiya qərarına sərt münasibət göstərib.   Məhəmməd Əli əl-Husi aşağıdakı ifadələri paylaşıb:  

"Yəməndəki müharibə variantı ABŞ-ın prioritetidir və eyni zamanda sülh tərəfdarı olduğunu yalançı şəkildə göstərməyə çalışır. Yəməndə sülhün təmin olunması bəhanəsiylə yeni sanksiyaların tətbiqi sülhə mane olacaq və nəticə verməyəcək. Mərkəzi bank və fabriklərdən sonra özəl sektoru hədəf seçmək, mühasirəyə alaraq Yəmən xalqını ac qoymaq və maaşlarının ödənilməsinə mane olmaq ölkə iqtisadiyyatını çökdürməyə yönəlmiş yeni bir cinayətdir".  

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Qüds Qüvvələri ilə əməkdaşlıq edərək Yəməndəki "Ənsarullah" hərəkatına milyonlarla dollar maliyyələ dəstəyi etdiklərini iddia etdiyi 7 şəxsə və 4 şirkətə sanksiya tətbiq edib.

 

Eastnews / Giperssilka