Ənsarullah: “G7-nin bəyanatı beynəlxalq riyakarlığı göstərir”

Ənsarullah: “G7-nin bəyanatı beynəlxalq riyakarlığı göstərir”

Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əl-Bukaiti G7-nin Səudiyyə rejiminin koalisiyasının cinayətlərinə məhəl qoymadan Yəmən ordusu və inqilabi xalq komitələrinin əməliyyatlarını qınaması ilə bağlı hərəkətlərini beynəlxalq riyakarlığın təzahürü adlandırıb.

 

Giperssilka Deyerler.org-a istinadən xəbər verir ki, Məhəmməd Əl-Bukaiti Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Yəmən təcavüzə son qoyulması, mühasirənin ləğv edilməsi və xarici qüvvələrin geri çəkilməsi müqabilində bütün hərbi əməliyyatları dayandırmağa hazırdır.

 

G7 ölkələrinin Yəmənin Səudiyyə rejiminə qarşı hücumlarını və Məaribi azad etmək əməliyyatını qınamaq və (digər tərəfdən) təcavüzə, mühasirəyə və işğala məhəl qoymaması beynəlxalq münafiqlik və riyakarlığı göstərir. Bu səbəbdən Səudiyyə rejiminin dərinliklərində və Yəmənin azad edilməsi üçün hücumları davam etdirəcəyik”

 

Giperssilka.ru