Əraqçı: ABŞ sanksiyaları ləğv edərsə...

Əraqçı: ABŞ sanksiyaları ləğv edərsə...

İran xarici işlər nazirinin siyasi müavini Amerikanın sanksiyalarının ləğvini nüvə anlaşmasının bərpası üzrə ilk addım adlandırıb.

 

Rastahaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Nüvə anlaşması üzrə birgə komissiyanın 18-ci iclası bu gün virtual formada və Avropa Birliyinin ali nümayəndəsi Cozef Borrelin tərəfindən bu birliyin xarici fəaliyyət xidmətinin baş katib müavini Enrike Moranın sədrliyi ilə keçirilib.

İclasda Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və İranın nümayəndələri iştirak ediblər. Nümayəndələr xarici işlər nazirlərinin müavinləri və siyasi müdirləri səviyyələrində təmsil olunublar.

Xarici işlər nazirlərinin 21 dekabr 2020-ci il tarixli birgə bəyanatı istiqamətində, üzvlər Birləşmiş Ştatların tam şəkildə nüvə anlaşmasına qayıdışının perspektivini nəzərdən keçiriblər. Onlar kollektiv bir səydə və müsbət baxışla məsələnin araşdırılmasına hazır olduqlarını vurğulayıblar.

İclasda İran heyətinə başçılıq edən İran xarici işlər nazirinin siyasi müavini Seyyid Əbbas Əraqçi öncə Tehranın prinsipial mövqelərini şərh edib. O, Amerikanın sanksiyalarının ləğvini nüvə anlaşmasının bərpası üzrə ilk addım adlandırıb. Deyib ki, İran sanksiyalar ləğv edilən və onların düzgünlüyü təsdiqlənən kimi, nüvə əvəzçıxma tədbirlərini dayandıracaq.

Amerikanın nüvə anlaşmasına qayıdışının heç bir müzakirəyə ehtiyacı olmadığını və Amerikanın bu istiqamətdəki yolunun tamamilə aşkar olduğunu dilə gətirən Əraqçi "Amerika anlaşmadan çıxdığı və İrana qarşı sanksiyalar tətbiq etdiyi kimi də anlaşmaya geri dönə və qanun pozuntusuna son qoya bilər".

 

Rasthaber / Giperssilka