Ermənistanda koronavirusdan ölənlərin sayı 400-ə çatır - YENİLƏNİB

Ermənistanda koronavirusdan ölənlərin sayı 400-ə çatır - YENİLƏNİB

Ermənistanda ötən sutkada 11 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, ölkədə indiyədək 22 488 yoluxma faktı qeydə alınıb, onlardan 397 nəfər COVID-19-dan ölüb

Hazırda Ermənistanda 10 625 aktiv koronavirus xəstəsi var.


*** 10:22

Ermənistanda daha 771 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan açıqlayıb.

Onun sözlərinə görə, bu yoluxma sayı yeni antirekorddur. A.Torosyan qeyd edib ki, son 24 saatda 2 336 nəfər COVID-19 testindən keçib.

Nazir vurğulayıb ki, ölkədə hazırda 51 vətəndaş xəstəxanaya yerləşdirilməsini gözləyir. Onlardan 2-si evdə, qalanları isə koronavirusla mübarizə çərçivəsinə daxil edilməyən tibb mərkəzlərində müalicə olunurlar. 

 

Giperssilka.ru