Fələstin İslami Cihad Hərəkatı: "Qüds və Qarabağ, hər ikisi azad edilməlidir!"

Fələstin İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Nasir Əbu Şərif “Qüds Həftəsi”-nin keçirilməsində Azərbaycan Respublikasının din xadimləri və dini fəallarının təşəbbüsünü yüksək qiymətləndirərək təşkilatın Fələstin və Qarabağın azad edilməsinə dəstək verdiyini vurğuyayb.

Fələstin İslami Cihad Hərəkatı:
Fələstin İslami Cihad Hərəkatı, Nasir Əbu Şərif

Giperssilka.ru xəbər verir ki, Nasir Əbu Şərif bu haqda "Qüds Həftəsi" tədbirləri çərçivəsində “Ar-Rad TV” YouTube kanalına verdiyi müsahibəsində bildirib.

"Necə ki, Hacı Qasim Süleymani hara gedirdisə, onun əsas hədəfi Qüdsün azad edilməsi idi, bizim də son hədəfimiz, Qüdsün azad edilməsi olmalıdır ki, bundan sonra başqa hədəflərimizə də çata bilək."

Əbu Şərif, bütün müsəlman ümmətinin Qüdsü özünün siyasi mübarizəsinin mərkəzi hesab etdiyini, müqavimət və mübarizə amalına xidmət etdiyini və Azərbaycan Respublikası xalqının da bu məsələdə mühüm bir rola sahib olduğunu vurğuladı.
Fələstin İslami Cihad Hərəkatının İranda olan nümayəndəsi əlavə etdi:

"İmam Xomeyni (r.a) “Qüds Günü”nü Qüdsün azad edilməsi uğrunda mübarizənin simvolu olaraq elan etdi ki, bununla İslam ümməti birliyə və oyanışa nail ola bilsin."


O, sözünə davam edərək bildirdi: "Bütün müsəlmanlara vacibdir ki, Qüdsün azad edilməsi uğrunda çalışsınlar. Çünki, Məkkə təkcə səudiyyəlilərə və ərəblərə məxsus olmadığı kimi, Qüds də yalnız fələstinlilərə məxsus deyil."
Əbu Şərif dedi: "Sionistlər, İsrailə Qüdsü yəhudiləşdirməkdə kömək etdikləri kimi, Qüdsü azad etmək də bütün müsəlmanlara vacibdir."


 Əbu Şərif vurğuladı ki, Qüds öncədən müsəlmanların ilk qibləsi, hazırda isə, müsəlmanların siyasi qibləsi hesab olunur və əgər, biz Qüdsü bir mayak olaraq hesab etməsək, tezliklə, yolumuzu itirəcək və müsəlmanların birliyi də aradan gedəcəkdir.

İslami Cihad təşkilatının nümayəndəsi Nasir əbu Şərif Qarabağın İslam torpağı olduğunu, habelə Azərbaycana və onun xalqına aid olduğunu, buna görə də, Azərbaycana qaytarılmalı və orada azərbaycanlıların yaşamalı olduğunu və  Qarabağda qeyri-azərbaycanlıların mövcudluğunu qəbul etməyəcəklərini vurğuladı.


Fələstin İslami Cihadın nümayəndəsi sözünə davam edərək bildirdi: “Biz, Azərbaycan  xalqını müqavimət yönümlü və müsəlman xalq hesab edirik. Azərbaycan xalqına deyirik ki, siz bizim mübarizələrimizi dəstəklədiyiniz kimi, mütləq şәkildә Fələstin və Qüds də sizi dəstəkləyir.”


O, söhbətinin davamında dedi: "Qarabağ müharibəsində biz fələstinlilər, bu məsələni hər zaman nəzərdə saxlamış və  Fələstin xalqı bu müharibədə Azərbaycana dəstəyini bildirmişdir. Habelə,  Azərbaycan xalqına kömək etmək üçün  əlindən gələn hər bir dəstəyi  göstərməyə çalışmışdır. Ancaq  atəşkəs elan olunandan sonra, biz artıq Qarabağ barəsində xəbərlər eşitmirik və heç bir ciddi addım və fəaliyyət görmədiyimiz üçün də, Qarabağın azadlığı istiqamətində hər hansı kömək edə bilmirik. Bu səbəbdən dolayı da, düşmən fələstinlilərlə azərbaycanlılar arasında  müxtəlif yalan şayiələrlə ayrılıq salmağa can atırlar."


Bundan əlavə, İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi bunları vurğuladı:

 

"Qüds və Fələstin qeyri-müsəlmanlar tərəfindən işğal edildiyi kimi, Qarabağ da, qeyri-müsəlman güclərin dəstəyi ilə və qeyri-müsəlmanlar tərəfindən işğal edildi." 


O, Dağlıq Qarabağ müharibəsində Fələstinin hər zaman Azərbaycan Respublikasının xalqını dəstəklədiyini söyləyərək əlavə etdi: "Qüds və Qarabağ hər ikisi azad edilmәsi vacib olan İslam torpaqlarıdır."

Giperssilka.ru