Fələstin müqaviməti sionist qüvvələr tərəfindən fələstinli gənc qadının qətlə yetirilməsinə sərt reaksiya verdi

Fələstin müqaviməti sionist qüvvələr tərəfindən fələstinli gənc qadının qətlə yetirilməsinə sərt reaksiya verdi

Giperssilka "Mehr"ə istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatı sionist rejim qüvvələrinin işğal altındakı Qüdsdə bir fələstinli qadını öldürməsinə münasibət bildirib.

Hərəkatın sözçüsü Abdul Lətif əl-Qanu məsələ barəsində fikirlərini belə bəyan edib ki, bu hərəkət bir daha sionistlərin vəhşi xislətini ortaya qoyub:

"Bu cinayətlərə veriləcək yeganə cavab Qüdsdə və İordan çayının qərb sahilində müxtəlif müqavimət formalarını həyata keçirməkdir".

Digər tərəfdən, Fələstin İslami Cihad Hərəkatı da bu barədə öz fikrini bildirərək bəyanat yayıb: “Bu cinayətlərlə mübarizə aparmağın yeganə yolu sionist rejim işğalı altındakı ərazilərdə işğalçılara müqavimət göstərmək və onlara qarşı mübarizə aparmaqdır. Keçmiş təcrübələr göstərir ki, dünya Fələstin xalqının çəkdiyi əziyyətlər və sionist rejimin cinayətləri qarşısında susur. İşğalçılarla mübarizə aparmağın yeganə yolu ümummilli oyanış və qiyamdır".

Qeyd edək ki, işğalçı İsrail qüvvələri iyunun 16-da sionist işğalı altındakı Qüdsdə 29 yaşlı bir fələstinli qadına atəş açaraq onu qətlə yetirib.

Giperssilka.ru