Fələstin Pravoslav Kilsəsinin Baş yepiskopu Qüdsü azad etməyə çağırdı

Fələstin Pravoslav Kilsəsinin Baş yepiskopu Qüdsü azad etməyə çağırdı

Giperssilka "İRNA"ya istinadən xəbər verir ki, "Ətaullah Həna" ləqəbli Teodusyus, ingilis müsəlmanlarının Qüds Günü münasibətilə Fələstin bayrağını qaldırmaq təşəbbüsünü dəstəkləyərək belə deyib:

"Beynəlxalq Qüds Günü münasibətilə Qüdsün mərkəzindən bu şəhərin dostlarına, müdafiəçilərinə və Fələstin davasının tərəfdarlarına salamlarımı göndərirəm.

Sizə və bütün azad insanlara Fələstin məsələsinin tərəfdarı olduğumuzu bildirirəm. Qüdsün azad edilməsi, xristian və fələstinli olaraq, hamımızın üzərinə düşən bir məsuliyyətdir. Tariximizi, kimliyimizi və irsimizi müdafiə etməyimiz vacibdir.

Biz Qüdsü müdafiə edənlərə hörmət edirik. Həmişə Fələstin bayrağını qaldırırıq. Fələstin-İsrail münaqişəsinin, Qüdsün, Fələstinin və xalqının azad edilməsinin ədalətli həllinə ehtiyac olduğunu vurğulayırıq".

O, bu mesajı Ümumdünya Qüds Gününün Londonda keçirilməsində məsul olan İngilis İslam İnsan Haqları Komissiyasına çatdırıb. Bu İslami təşkilat, bu il də İngiltərədəki və dünyadakı müsəlman xalqlarını, davam edən Covid-19 məhdudiyyətlərini nəzərə alaraq, keçən il olduğu kimi, Dünya Qüds Günü münasibətilə Fələstin bayrağını qaldırmağa çağırdı. Bu şəkildə məzlum Fələstin millətinin xatirəsini yaşatmalarını istəyib.

İngilis İslami İnsan Hüquqları Missiyası hər il Londonda minlərlə oruclu müsəlman, sivil cəmiyyət fəalları, insan haqları və müharibə əleyhinə qrupların, həmçinin, yəhudi və xristian fəallarının iştirakı ilə böyük bir yürüş keçirirdi.

Təşkilatın açıqlamasında deyilir: "Bu il yer kürəsinin hər yerində yaşayan saleh insanları, 7 may ilə üst-üstə düşən Qüds Günündə Fələstin bayrağını qaldırmağa çağırırıq. Şəkli kiber məkanda "FlyTheFlag" həştəgi ilə yayımlayın. Keçən il  müxtəlif ölkələrdən - Mozambik, Hindistan, ABŞ, Yeni Zelandiya, Finlandiya, Cənubi Afrika, Malayziya və İndoneziya - 100-dən çox islam təşkilatı və qurum hərəkata dəstək olduqlarını bildirdilər

Giperssilka.ru