FMT: “İlhaqla bağlı sionist rejimə sanksiyalar tətbiq edilməlidir”

FMT: “İlhaqla bağlı sionist rejimə sanksiyalar tətbiq edilməlidir”
Fələstin Muxtariyyətinin baş naziri Məhəmməd Ştaye

Fələstin Muxtariyyətinin baş naziri, İordan çayının qərb sahilinin bir hissəsini işğal edilməsi layihəsinin həyata keçirilməsinin qarşısını almaq üçün BMT-ni sionist rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırdı.

 

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, “Yerusalim Post” qəzetinin verdiyi məlumata əsasən, Məhəmməd Ştaye, BMT-dəki Fələstin xalqının ayrılmaz hüquqlarının tətbiqi komitəsinin video konfransında, Fələstin dövlətinin dünyanın bütün ölkələri tərəfindən tanınması üçün çıxış edib. O, həmçinin beynəlxalq birliyin, Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin hərbi cinayətləri ilə bağlı araşdırmalar aparmaq qərarını dəstəklədiyini qeyd edərək bildirib ki, BMT fələstinlilərə beynəlxalq qorunma verməlidir.

 

Deyerler.org/Giperssilka.ru