Fransa və Almaniya Lavrovun yazışmalarının dərcini dəyərləndirib

Fransa və Almaniya Lavrovun yazışmalarının dərcini dəyərləndirib

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Fransa və Almaniya Xarici İşlər nazirlikləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun alman və fransalı həmkarları Hayko Maas və Jan-İv Le Drian arasında yazışmaların dərc olunmasını diplomatik praktikanın pozulması kimi qiymətləndiriblər.  

Bu barədə RİA "Novosti"yə Almaniya XİN məlumat verib.  

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü də brifinqdə bildirib ki, Paris "belə yanaşmanı diplomatik qaydalara və praktikaya zidd hesab edir".  

Rusiyanın XİN rəhbəri Sergey Lavrov diplomatik yazışmaların dərcini şərh edərkən, Moskvanın belə bir addım atmasına səbəb olan Fransa və Almaniyadan olan həmkarlarının yanlış bəyanatlarına işarə edib.  

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, son vaxtlar Moskvanın mövqeyi Ukraynanın daxili nizamlanmasındakı rolu və xarici işlər nazirlərinin Ukraynada nizamlanma üzrə "Normand formatı"nda mümkün görüşünə yanaşmalar təhrif edilib.  

Bununla bağlı nazirlik Lavrovun Fransa və Almaniyadan olan həmkarları Jan-İv Le Drian və Hayko Maas ilə yazışmalarını dərc edib. 

 

Giperssilka.ru