Fransada islamofobların xain planının qarşısı alındı

Fransada islamofobların xain planının qarşısı alındı

Giperssilka Shafaqna-ya istinadən xəbər verir ki, Fransadakı ultra-sağçı qruplaşmalardan biri supermarketlərdəki halal qidaları zəhərləməyi planlaşdırırdı.

Bu xain plan barədə dövlətin ultrasağçıların arasında sızdırdığı agent sayəsində xəbər tutulub.

Plan 2018-ci ildə “Əməliyyat Qüvvələri Fəaliyyəti” qruplaşması tərəfindən hazırlanıb. Onlar Fransa sakinlərini “müsəlmanlarla mübarizəyə və zorakılıq aktları törətməyə” dair çağırışlar edirdilər. Qruplaşmanın 15 üzvü tutulub.

Bundan başqa onlar Fransadakı 200 məscidin imamlarına hücumlar da hazırlayırdılar.

Şübhəlilərin, o cümlədən də dövlət xadimləri, istefada olan polislər və keçmiş hərbçilərin evlərindəki axtarışlar zamanı partlayıcı maddələrin hazırlanması üçün istifadə edilən materiallar, həmçinin böyük sayda silah da müsadirə edilib.