Fransada koronavirusdan ölənlərin sayı 29,4 mini keçib

Fransada son sutka ərzində koronavirusdan xəstəxanada 9 nəfər ölüb.

Fransada koronavirusdan ölənlərin sayı 29,4 mini keçib

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bununla da ölkə üzrə yeni növ virusdan ölənlərin sayı 29 407-yə çatıb.

Sosial-tibbi müəssisələrdə qeydə alınan ölüm hadisələri barədə məlumatların iyunun 16-da yenilənəcəyi bildirilib.

Bazar günü verilən məlumatlara görə, 10881 nəfər xəstəxanalarda müalicə olunur.

Epidemiya başlayandan bəri ölkədə 72,8 mindən çox xəstə sağalıb..

Giperssilka.ru