RİA: "Dağıstandakı müvəqqəti düşərgədə azərbaycanlılar polisə hücum edib" YENİLƏNİB VİDEO

RİA:
FOTO: TASS/MUSA SALQEREYEV

Dağıstanda müvəqqəti yerləşmə məntəqəsindəki Azərbaycan vətəndaşları evlərinə qayıda bilmədikləri üçün polis əməkdaşlarına hücum ediblər. Giperssilka.ru RİA-ya istinadən xəbər verir ki, Dərbənd rayonun rəhbəri Fuad Şahıyev agentliyə açıqlamasında baş verənləri belə şərh edib.   

"Azərbaycan vətəndaşları qəzəbləniblər və sərhəddi keçmək tələbilə 4 polis əməkdaşına hücum ediblər, maşınları qırıblar, buna görə də əlavə güc tətbiq olunub. Hazırda hamı sakitləşib və hər şey qurtarıb", - deyə F.Şahıyev bildirib.Onun sözlərinə görə, bu gün Azərbaycan rəsmiləri ilə vəziyyətlə bağlı danışıqlar aparılacaq. 

"İzvestiya" qəzeti isə yazır ki, yaralanan polis əməkdaşlarının sayı 7 nəfərdir. Nəşrin yazdığına əsasən, 400 nəfərədək azərbaycanlı federal "Qafqaz" avtomagistralını bağlamağa cəhd edib, Rusiya silahlıl qüvvələri və polis əməkdaşlarına daş və sair əşyalar atıblar. "Onların bu hərəkəti dövlət qulluqçusuna zor tətbiqetmə və həyatlarına təhlükə kimi qiymətləndirilib. Yaranmış iğtişaşı yatırtmaq üçün əlavə qüvvələr cəlb etmək və güc tətbiq etmək zərurəti yaranıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb, 5 maşına xəsarət yetirilib", - qəzet yazır.

Məlumata görə, sözügedən azərbaycanlılardan bəziləri polis şöbəsinə aparılıb, hadisənin səbəbkarları araşdırılır. Dərbənd rayon icra hakimiyyəti bildirib ki, hadisə zamanı 3 azərbaycanlı xəsarət alıb. Məntəqədə vəziyyət hazırda normaldır. 

Qeyd edək ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar martın 27-dən digər ölkələrlə müntəzəm və çarter reysləri məlumatlarının mübadiləsini dayandırıb. Bu səbəbdən ölkədə qalan və vətənə geri qayıtmaq istəyən azərbaycanıların bir hissəsi hava yolu bağlandıqdan sonra quru sərhəddi ilə vətənə qayıtmağa cəhd edir. Həfətlərdir ki, sərhəddə qalan azərbaycanlılar evlərinə qaıysda bilmir. 

Giperssilka.ru 

 

2020-06-16 11:19:32

Gecə qiyamı: Azərbaycan-Rusiya sərhədində nə baş verib? VİDEO

Ötən gecə Azərbaycan-Rusiya sərhədində heç də sakit keçməyib. 

Dağıstanda qalmalı olan Azərbaycan vətəndaşları ötən gecə əsl qiyam qaldırıblar. Hadisə yerinə gələn polis əməkdaşları yerli əhali ilə birgə onları sakitləşdirməyə çalışıblar.

Son məlumata görə, azərbaycanlıların qalmağa davam etdiyi Dağıstan düşərgəsində vəziyyət artıq normaldır. Bunu həm də Dərbənd rayon başçısının vəzifəsini icra edən Fuad Şıxıyev təsdiqləyib.

Bildirilib ki, çaxnaşma evə göndəriləcək Azərbaycan vətəndaşlarının siyahısının tutulmağa başlanmasından sonra baş verib. Sərhədə daha gec gələn vətəndaşların evə daha tez getməyə imkan əldə etməsi digərlərinin narazılığına səbəb olub. Nəticədə isə əsl qiyam qalxıb.

Sputnik.az/Giperssilka.ru