Haaretz: "Qərb Sahilinin işğalı İsrail rejiminə qarşı geniş müharibəyə səbəb ola bilər"

Haaretz:

Keçmiş sionist təhlükəsizlik əməkdaşı Qərb Sahilinin 30% hissəsinin işğal edilməsi planının birtərəfli şəkildə həyata keçirilməsinin Təl-Əvivə qarşı bir neçə cəbhədə müharibə ilə nəticələnə biləcəyini bildirib.

 

İsrail rejiminin keçmiş daxili təhlükəsizlik müşaviri Çak Frailik Haaretz qəzetinə yazdığı məqaləsində, Tel-Əvivin Qərb Sahilinin böyük hissələrini işğal etmək planının həyata keçirilməsinin nəticələrini araşdırıb və bunun rejimə qarşı genişmiqyaslı müharibənin başlaya biləcəyini təhlil edib.

 

Yazının əvvəlində sionist rejimin indi ən çətin vaxtlarından birini keçirdiyini bildirən Çak Frailik, belə deyib: “Netanyahunun məhkəməsi ilə bağlı siyasi və məhkəmə böhranı hələ yeni başladı. Baş nazir indi həbs cəzası ehtimalından xilas olmaq üçün məhkəmə sistemini və qanunun aliliyini sarsıtmaq üçün bir kampaniya başladıb”.

 

Qəzet hərbi naziri Benni Qantz və digərlərini baş nazir Netanyahu rejimin mühakiməsinə qarşı apardığı kampaniyada iştirak edən tərəfdaşlar kimi təsvir edib: “Koronavirusun yayılması da İsrail rejimində görünməmiş iqtisadi böhrana səbəb oldu. İşsizlik 25 faiz səviyyəsindədir. Kabinetin dəstək paketləri iqtisadiyyata mənfi təsir edir və qlobal iqtisadiyyat tənəzzülə uğrayır”.

 

Yazıda Təl-Əvivin üzləşdiyi bir çox təhlükəsizlik problemləri də təhlil edilmişdir: “Bəziləri öz-özünə hazırlanmışdır. Bölgənin simasını dəyişdirəcək, İsrail rejiminin şiddətli təcridini və beynəlxalq qanunsuzluğu daha da artıracaq və bizi müharibə həddinə çatdıracaq, bəlkə daha da çox”.

 

Yazıda işğal planının Təl-Əviv üçün çox ciddi nəticələrə səbəb ola biləcəyi deyilir: “Fələstinlilər işğal planına şiddətlə reaksiya verərlərsə, İsrail rejiminin ordusu da asayişi bərpa etməli və böyük ehtimalla işğalı planlaşdırılan ərazilərdən kənarda da nəzarəti ələ keçirməli olacaq.

 

Ordunun bu hərəkəti Qərb Sahilinin tamamilə işğalı və Fələstin dövlətinin qurulması istəyinin sonu olacaq.

 

Bu İordaniyada iğtişaşlara səbəb olacaq ... Bu da (İordaniya) krallığının süqutuna səbəb olacaq və bundan sonra Fələstin dövləti onun xarabalıqları üzərində qurulacaq.

 

Bu HƏMAS-ın nisbətən sakit qalmasını çətinləşdirir və hətta Suriyadakı Hizbullah və ya İran qüvvələri ilə gərginliyin artması çox ehtimal olunur. Bu gündən bir neçə həftə sonra İsrail rejimi bir neçə cəbhədə görünməmiş bir qarşıdurmanın ortasında olacaq. Təkcə Hizbullahın 130.000 raketdən ibarət bir arsenalı var.

 

İordaniya və Misirlə qiymətli təhlükəsizlik əlaqələri pozulacaq, hər iki tərəflə sülh razılaşmaları sınaqdan keçiriləcək və İsrail rejiminin hərəkətləri onları bu razılaşmaları ləğv etməyə məcbur edə bilər. Səudiyyəlilər və digər ərəb ölkələri ilə əməkdaşlığın artırılması da dayandırıla bilər”.

 

Haaretz işğal planını İranın bölgədəki müqavimət oxunu gücləndirmək üçün görünməmiş bir fürsət kimi izah edib.

 

İşğal planının həyata keçiriləcəyi təqdirdə, Avropa ölkələrinin də İsrail rejiminə qarşı ayrıca bir addım ata biləcəyi qeyd olunan yazıda, Təl-Əvivin bir fırtınaya tərəf getdiyi və onun dayandırılmasının Netanyahudan asılı olduğu bildirilib.

Deyerler.org/Giperssilka.ru