Hacı Əhliman və bir neçə ruhani axundluqdan imtina etdi

Hacı Əhliman və bir neçə ruhani axundluqdan imtina etdi
Hacı Ələmdar, Hacı Əhliman və Mir Kazım

Giperssilka xəbər verir ki, Bakıdakı Hacı Cavad məscidinin axundu, ölkənin tanınmış ruhanilərindən Hacı Əhliman Rüstəmov QMİ-dəki işindən imtina ilə bağlı istefa ərizəsi yazıb. Faktı təsdiqləyən Hacı Əhlimana yaxın şəxslər bildirir ki, hacı Qafqaz Müsəlmanları İdarəsinə istefa ərizəsini təqribən bir həftə əvvəl təqdim edib.

Ə.Rüstəmovun addımı onun ölkədəki Aşura mərasimləri vəı atributlarına qoyulan qadağalara, məscidlərin qapalı saxlanılmasına etirazla əlaqələndirilir. Hələki nə Hacı Əhlimanın, nə də QMİ-nin mövzu ilə bağlı rəsmi mövqeyi açıqlanmayıb.

Təqribən eyni dövrdə digər tanınmış ruhani, Sumqayıtın Ceyranbatan qəsəbəsində yerləşən Hüseyniyyə məscidin axundu Mir Kazım Eyyubovun da istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb. Sösial şəbəkə istifadəçiləri Mir Kazıma qarşı məmurlar tərəfindən hörmətsizlik edilməsinin Seyyidin səbr kasasını daşırdığını, son günlərdə yaşananlara  etiraz olaraq belə bir addım atdığını qeyd edir.

Ölkədəki Aşura qadağalarına etiraz olaraq ərizə yazan ilahiyyatçılar sırasında Mingəçevirdəki Heydər məscidinin axundu Hacı Ələmdar Qiyasovun da adı qeyd olunur. Hacı Ələmdarın Məhərrəm ayından bir qədər əvvəl, yaxud Məhərrəm ayının ilk günlərində istefa ərizəsi yazdığı bildirilir.

Ə.Qiyasov Hacı Əhliman Rüstəmovun çoxsaylı tələbələrindən biridir.  

Xatırladaq ki, bu il bütün dünyadan fərqli olaraq yalnız Azərbaycanda Operativ Qərargahın qərarına əsasən Aşura mərasimlərinin keçirilməsi qadağan olunub. Buna rəğmən Azərbaycan xalqı builki Aşura mərasimlərini də müxtəlif tərzlərdə qeyd edib. Mərasimlərdən sonra 200-dən artıq insan müxtəlif məbləğlərdə cərimələnib, 20 nəfərədək möminin sutkalıq həbslərə məruz qaldığı bildirilir.

 

Giperssilka.ru