Hacı Hacıyev: “Gürcüstanda Ərbəin mərasimləri keçiriləcək”

Hacı Hacıyev: “Gürcüstanda Ərbəin mərasimləri keçiriləcək”

Giperssilka xəbər verir ki, Gürcüstanın Marneuli şəhərinin “İmam Əli” məscidinin axundu, İmam Cümə Hacı Hacıyev "Shafaqna"ya bildirib ki, Gürcüstanda Ərbəin hər il olduğu kimi bu il də, xüsusilə məscidlərdə qeyd olunacaq:

"Məscidlərdə söhbətlər edilir, mərsiyələr oxunur və sonda ehsan verilir. Həmçinin Marneulidə ziyarətgah var insanlar ora toplaşacaqlar. Qardabanidə isə Ərbəinlə bağlı yürüş keçiriləcək.

Gürcüstanda bu il Ərbəinə gedən olmadığını deyən Hacı Hacıyev “Müəyyən səbəblərə görə; viza problemi və pandemiyaya görə, istəyənlər olsa da, bu il Gürcüstandan Ərbəin yürüşlərinə getmək mümkün olmadı. İnşallah gələn il nəsib olar".

Ərbəinin İslamda çox böyük rolunun olduğunu deyən Hacı Hacıyev qeyd edib ki, əqidəmizə görə, Ərbəin Əhlibeytin (ə) bizə qoyub getdiyi bir yoldur:

"Bu yolu ilk dəfə, Xanım Zeynəb (s.ə) ilə İmam Səccad (ə) təşkil edib. Ərbəin Mədəniyyəti bu gün artıq Qərb alimləri tərəfindən araşdırılmağa başlayıb. Müsbət cəhətlərini qeyd edirlər. Ərbəinə getməyin savabı və önəmi ilə bağlı rəvayətlərimiz mövcuddur. İmam Sadiqdən (ə) hədis var ki, kim Ərbəinə getsə hər bir addımına savab yazılar".