Hacı Qasim Süleymaniyə qarşı casusluq təfərrüatları: O foto cəsusa aid deyil  FOTO

İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili Şəhid General Qasim Süleymaninin hərəkət istiqamətlərini və qaldığı yerlərlə  bağlı məlumatları CİA-yə (MKİ – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, - red.) və Mossada (İsrail kəşfiyyat xidməti, - red.) sızdıran casusun yaxında edam ediləcəyini açıqlayıb.

Hacı Qasim Süleymaniyə qarşı casusluq təfərrüatları: O foto cəsusa aid deyil  FOTO
Bu şəxs CİA və Mossada cəsusluq edən Mahmud Musəvi Məcd deyil
Hacı Qasim Süleymaniyə qarşı casusluq təfərrüatları: O foto cəsusa aid deyil  FOTO
Hacı Qasim Süleymaniyə qarşı casusluq təfərrüatları: O foto cəsusa aid deyil  FOTO

Hadisə ilə bağlı yeni təfərrüatlar da aşkarlanmağa başlayıb. İsmaili Tehranda keçirilən mətbuat konfransında bildirib ki, bu hökm son qərardır.   

 

Giperssilka.ru On4haber-ə  istinadən bildirir ki, xüsusilə də sosial şəbəkələrdə yayılan fotonun haqqında bəhs edilən casus Mahum Musəvi Məcdə aid olmadığı da təsbit edilib.


İran məhkəməsi ABŞ tərəfindən törədilən terrorda şəhid edilən Hacı Qasim Süleymani barədə məlumatları Amerika kəşfiyatına sızdırmaqla bağlı qərarında Mahmud Musəvi Məcdin edam edilməsi barədə hökm verib. Edam cəzasına məhkum edilən M.M.Məcd əslində 10 oktyabr 2018-ci ildə saxlanılıb. Daha əvvəl barəsində edam hökmu çıxarılan Məcdin qərardan apelyasiya şikayəti verməsindən sonra proses uzanıb və ötən gün (09.06.2020) son qərar çıxarılıb. 

 

İran Ali Məhkəsinin aşağı instansiyasının qərarını qüvvədə saxlamasından sonra M.Məcd Amerika və İsrailə cəsusluq maddəsilə edam ediləcək. Edam qərarının açıqlanmasından sonra sosial şəbəkələrdə yer alan fotolar isə barəsində edam hökmü çıxarılmış M.M.Məcdə aid olmadlığı müəyyən edilib. 

 

Xatırladaq ki, 3 yanvar 2020-ci il tarixdə Hacı Qasim Süleymani və Həşdüş-Şəbi rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndisi Bağdan aeroportunda təşkil edilən terror aktı nəticəsində şəhid ediliblər.    

 

Giperssilka.ru